Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq Rəssamı Səttar Bəhlulzadə vəfat edib

1974-cü ilin 14 oktyabr tarixində Azərbaycanın Xalq Rəssamı, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadə vəfat edib (1909-1974). 

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Səttar Bəhlulzadə yaradıcılığına Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində dövrə uyğun məzmunlu ilk karikaturalarının çap olunması ilə başlayıb. 

Rəssamın əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və başqa şəhərlərin muzeylərində saxlanılır. 

S.Bəhlulzadə "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı” kimi bir çox əsərlərin müəllifidir. 

Rəssamın fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və başqa ölkələrdə nümayiş etdirilib.

Dünyanın onlarla muzeylərində S.Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır. Rəssam haqqında “Bu, Səttar Bəhlulzadədir” (1969), “Səttar Bəhlulzadə” (1988) və s. filmlər çəkilib.

Oxunub: 557

Əlavə olunub: 14.10.2020 07:52

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz