Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq Kollektivlərinin V Zona Müşavirəsi

Cari ilin 30 sentyabr tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartıma Mərkəzi tərəfindən İ.Əbilov adına Mədəniyyət Mərkəzində “Xalq Kollektivlərinin Beçinci Zona Müşavirəsi” Bakı Şəhəri Mədəniyyət Baş idarəsi ilə birgə təşkil edilmişdir. Müşavirədə Bakı Şəhəri Mədəniyyət Baş idarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət evlərinin nəzdində yaradılmış xalq kollektivləri ilə görüş keçirilmişdir.
Tədbiri açıq elan edən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova bütün iştirakçıları salamlayaraq müşavirənin keçirilmə məqsədi haqqında iştirakçılara məlumat verdi.
Tədbir zamanı bir sıra aktual məsələlər, eyni zamanda, xalq teatrlarının Azərbaycan mədəniyyəti tarixindəki rolu və onların mədəni həyata bəxş etdikləri töhfə barədə geniş fikir mübadiləsi aparıldı.
Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev xalq teatrlarının fəaliyyətinin canlandırılması məqsədilə mütəmadi olaraq aktual mövzulara həsr olunmuş tamaşaların təşkilinin vacibliyini qeyd etdi. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli səsləndirilən təkliflərin yeni əsasnamə layihəsində əksini tapacağını iştirakçıların diqqətinə çatdırdı. Mərkəzin direktor müavini Samirə Həsənzadə Xalq Tetrlarının fəaliyyətinin daha müstəqil təşkil edilməsi və sərbəst maliyyə mənbələrinə çıxışının təmin olunması məqsədilə yeni hüquqi bazanın yaradılmasının vacibliyini qeyd etdi. Mərkəzin direktorunun müşaviri Cavid Əliyev bildirdi ki, yeni layihədə xalq statusnunn alınması üçün prosesinin sadələşdirilməsi diqqətdə saxlanılacaqdır.
Yekunda iştirakşıları maraqlandıran suallar cavablandırılmış, həllini gözləyən bir sıra məsələlərin o, cümlədən rekvizit, dekor, milli geymlərin əldə olunması istiqamətində müvafiq işlərin görüləcəyi iştirakçıların diqqətinə çatdırıldı.

Oxunub: 390

Əlavə olunub: 01.10.2022 17:52

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz