Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq çalğı alətləri: Şirvan tənburu

Orta əsrlərdə Azərbaycanda geniş yayılan tənburun Bağdad, Xorasan, Hind, Əfqan və Şirvan növləri var.
Kiçik çanaqdan və uzun qoldan ibarət olan Şirvan tənburunun çanağı tut, armud, qolu və kəlləsi qoz, üzü isə tut və yaxud şam ağaclarından hazırlanır.
 
İki simli musiqi aləti olan Şirvan tənburu barmaqla ifa edilir.
Yazılı mənbələrdə Şirvan tənburu adı ilə qeyd olunan musiqi aləti təbrizlilər tərəfindən çox sevildiyi üçün sonralar "Şirvan-Təbriz tənburu" kimi də adlandırılmışdır.
 
Klassiklərin yaradıcılığında və miniatür sənət əsərlərində rast gəldiyimiz tənbur Məhəmməd Füzulinin "Yeddi cam" poemasında geniş təsvir edilib.

Oxunub: 384

Əlavə olunub: 18.05.2022 20:57

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz