Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq çalğı alətləri: Səntur

Həm simli, həm də zərb musiqi aləti sayılan səntur Azərbaycanda XIX əsrə qədər istifadə olunub. Çərçivədən, üst və alt taxta qapaqlardan ibarət olan musiqi aləti xarici görünüş baxımından trapesiya şəkilli taxta qutunu xatırladır.
 
Yatıq sazlar ailəsinə mənsub olan sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatmışdır.
Bəhs edilən musiqi alətinin nümunələrinə Tuva, Xakas xalqları arasında rast gəlinir.
 
Avropalılar sənturu “dulçimer” adlandırırlar. Səfiəddin Urməvinin "Kitab əl-ədvar" əsərinə qədər alətin təsviri barədə məlumata rast gəlinmir.

Oxunub: 356

Əlavə olunub: 16.05.2022 08:57

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz