Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq çalğı alətləri: Qarmon

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda “Asiya”, “Şərq” və ya “Azərbaycan” qarmonu çox məşhur idi.
Həmin dövrdə azərbaycanlı qarmon ifaçılarının sifarişi ilə yeni növ qarmon yaradılmış və alət Azərbaycan qarmonu adlandırılmışdır.
 
Şirvan bölgəsində qadınların çaldığı kiçik qarmonlar nay, Qarabağda isə mizgan adlanırdı. Qarmonda rəqs havaları, xalq mahnıları və muğamlar çox gözəl səslənir.
 
Yan tərəfləri taxtadan, orta hissəsi dəri körüklü dördkünc qutudan ibarət olan musiqi aləti sağ və sol əlin köməyilə ifa edilir.
 
Azərbaycanda İsi bəy, Abış bəy, Kərbəlayı Lətif, Məşədi Əli, Abutalıb Kərbəlayı Muxtar oğlu, Aftandil İsrafilov, Aslan İlyasov kimi tanınmış qarmon ifaçıları yetişmişdir.

Oxunub: 494

Əlavə olunub: 23.05.2022 14:03

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz