Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq çalğı alətləri: Laqquti

Uzaq Şərq, Afrika, Cənubi Amerika xalqları arasında geniş yayılan laqquti tipli alətlərə Azərbaycanın cənub bölgələrində rast gəlinir.
 
Laqquti əsasən ansambl alətidir, mahnıları və rəqsləri müşayiət edərkən tez-tez nağara, qoşanağara və qavalla bir yerdə səslənir. İki çubuqla ifa olunan laqquti qoz, ərik, tut, fıstıq ağaclarının içərisi xüsusi ölçüdə oyularaq hazırlanır.
 
Musiqi aləti peşəkar ansamblların tərkibinə pedaqoq və tarzən Əhməd Bakıxanovun tövsiyəsi ilə daxil edilmişdir.

Oxunub: 419

Əlavə olunub: 21.05.2022 20:19

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz