Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycanın Xalq artisti, dünyaca məşhur tenor Yusif Eyvazov Ermənistanın Azərbaycana təcavüzünə qarşı mübarizə aparan soydaşlarını dəstəkləyib.
“Instagram” hesabında bu barədə paylaşım edən Xalq artisti qeyd edib:
Birliyinizə, mədəniyyətinizə, zehninizə heyran oldum, belə bir çətin zamanda hamımızın birləşərək, bir-birimizə dəstək olduğumuza, bir-birimizə hər zamankındən daha yaxın olduğumuza görə inanılmaz dərəcədə xoşbəxtəm... Azərbaycanlı olduğunuza, hamımızın eyni qanı daşıdığımıza, cəsarətli və ədalətli olduğunuza, dürüst və səxavətli olduğunuza görə hamınıza bəslədiyim sonsuz minnətdarlığımı sözlərlə ifadə edə bilmirəm...
Hər şeyin yaxşı olacağını bilirəm və “Instagram” hesabımda mövqelərini ifadə edən bütün oğlanlarla görüşməyi, hər birinizi qucaqlamağı, böyük ölkənin böyük vətəndaşları, böyük Azərbaycan millətinin nümayəndələrinin gözlərinə baxmağı səbirsizliklə gözləyirəm! Sizi çox sevirəm!!!”. oxu.az
Oxunub: 508
Əlavə olunub: 07.10.2020 14:48