Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq Artisti İsmayıl Hidayətzadə vəfat edib

1951-ci ilin 11 noyabr tarixində Azərbaycan aktyoru, Xalq Artisti İsmayıl Hidayətzadə vəfat edib (1901-1951).

Aktyorluqla yanaşı, rejissorluğa da maraq göstərən İ.Hidayətzadənin quruluş verdiyi “Koroğlu” və “Arşın mal alan” tamaşaları 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində böyük uğur qazanıb.

Teatr tənqidçilərinin bəyəndiyi "Siyavuş"dan sonra o, Opera və Balet Teatrında "Koroğlu" və "Karmen" operalarını səhnələşdirib, Rus Dram Teatrında "1905-ci ildə" və "Vaqif" tamaşalarını qoyub. İ.Hidayətzadə Moskvadan qayıdandan sonra Opera və Balet Teatrının rəhbəri təyin edilib.

Cəfər Cabbarlı məhz İ.Hidayətzadə üçün rollar yazar, İsmayıl isə bir qayda olaraq, öz rollarının prototipini axtararmış. O, ilk milli baletimizin -"Qız qalası"nın librettosunu yazıb. Opera studiyası onun səyi ilə yaradılıb.

Bütün ömrü boyu teatrda çalışan sənətkar "Qız qalası" (1923), "Altıncı duyğu" (1935) və "Almaz" (1936) filmlərində də çəkilib. 2001-ci ildə aktyorun 100 illik yubileyi təntənə ilə qeyd edilib.

Oxunub: 962

Əlavə olunub: 11.11.2020 06:30

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz