Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
20 may 1907-ci il tarixində Xalq Artisti Həqiqət Rzayeva anadan olub (1907-1969).
H.Rzayeva Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdəndir. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov kimi korifeylərdən dərs alan sənətkar 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb. Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngi, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində Leyli, “Əsli və Kərəm”də Əsli, “Arşın mal alan” operettasında Telli, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şahsənəm onun yaratdığı səhnə obrazlarıdır.
Oxunub: 807
Əlavə olunub: 20.05.2020 06:14