Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Vətən müharibəsinin iştirakçısı işə qəbul olunub

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər tariximizin şanlı salnaməsidir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən qəhrəmanlarımızın ailələrinə, döyüşlərdə şücaət göstərən qazilərə diqqət və qayğı göstərmək bütün cəmiyyətimizin borcudur.

Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür. Mədəniyyət Nazirliyi, nazirliyin tabe müəssisələri tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılır, o cümlədən şəhidlərin ailə üzvlərinin, müharibə iştirakçısı olan insanların imkan daxilində işlə təmin olunması məsələlərinə baxılır.

Vətən müharibəsinin iştirakçısı, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Kamran Həmzəyev Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində (MEMİM) işə qəbul olunub. O, hazırda MEMİM-in Təlim-tədris şöbəsinin metodisti vəzifəsində çalışır. Mərkəzin əməkdaşları sırasına qatıldığı gündən diqqət görən Kamran Həmzəyev Vətən müharibəsində iştirakına görə və 25 yaşının tamam olması münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif olunub.

mənbə: mct.gov.az

Oxunub: 470

Əlavə olunub: 12.11.2021 16:33

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz