Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Üzeyir Hacıbəyli vəfat edib (1885-1948)

1948-ci ilin 23 noyabr tarixində bəstəkar, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli vəfat edib (1885-1948).

Ü.Hacıbəyli Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman Şərqində ilk operanın müəllifidir (“Leyli və Məcnun”, 1908).

1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası isə Ü.Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir. “Ər və arvad” musiqili komediyası, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettaları da görkəmli bəstəkarın sevilən əsərləri arasındadır.

Oxunub: 647

Əlavə olunub: 23.11.2020 15:40

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz