Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Uşaq İncəsənət Məktəbində ustad dərs keçirilmişdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2022-ci ilin birinci yarımili üçün nəzərdə tutulmuş İş planının 4.2-ci bəndinin icrası məqsədilə cari ilin 15 fevral 2022-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin fortepiano ixtisası və rəsm sənəti üzrə müəllimlərin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbində ustad dərs keçirilmişdir.
 
Bildiyimiz kimi, Bədii təhsil sahəsinin inkişafı müasir çağırışlara cavab verən yeni metodların ərsəyə gəlməsi və bilavasitə tətbiqi nəticəsində baş verir. Qeyd edək ki, yeni metodlardan istifadə şagird, həmçinin müəllim kontingenti üçün ən mühüm məsələlərdən biridir.
 
Növbəti “Ustad dərslər” layihəsi fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva, rəsm sənəti üzrə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoqu Aydan Şahbazlı tərəfindən reallaşdırılmışdır.
 
Təşkil edilən ustad dərslərdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbi, Qəbələ rayon Uşaq İncəsənət Məktəbi, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbi, Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbi, Ağsu rayon Uşaq Musiqi Məktəbi, Şamaxı şəhər Uşaq İncəsənət Təhsili Mərkəzinin müəllim və şagird heyəti iştirak etmişlər.
Dərs zamanı adları qeyd edilən məktəb şagirdlərinin çəkdiyi rəsmlər, həmçinin dərs proqramları üzərində praktiki göstərişlər edilərək, müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır.
 
Ustad dərslərin sonunda isə müəllimlər tərəfindən verilən müəyyən suallara aydınlıq gətirilərək fikir mübadiləsi aparılmış, eyni zamanda ustad dərsdə iştirak edən müəllimlər dərsin keçirilməsinə görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildirmişlər.

Oxunub: 489

Əlavə olunub: 17.02.2022 14:37

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz