Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Universitet kitabxanalrının gələcəyi

Dünyada və ölkəmizdə yaranmış mövcud vəziyyət, sosial izolyasiya və karantin dövrü ilə əlaqədar olaraq bütün sahələrdə rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə sahələr üzrə problemli məsələlərin araşdırılması, həlli yollarının müzakirəsi məqsədilə müxtəlif onlayn vebinarlar təşkil edilir.
Belə bir beynəlxalq vebinarlardan biri 20.05.2020-ci il tarixində GoToMeeting proqramı vasitəsilə onlayn formatda Türkiyə Cümhuriyyəti Anadolu Universitet Kitabxanalrı Konsorsiyumunun( ANKOS) rəhbərliyi ilə təşkil edilmiş və “Pandemiya sonrası universitet kitabxanalrının gələcəyi” mövzusuna həsr edilmişdir.
Qeyd edək ki, bu mövzuda artıq III panel təşkil olunurdu. Beynəlxalq layihə Ankara Atılım Universitetinin Kadriyə Zaim Kitabxanasının direktoru Emre Hasan Akbayrakın madiratorluğu ilə baş tutmuş və bir sıra unversitet kitabxanalarının rəhbərləri və kitabxanaçıları iştirak etmişdir.
Adı çəkilən beynəlxalq vebinarda Mərkəzin Təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanovada iştirak edib. Vebinarda kitabxanaların pandemiyadan sonrakı fəaliyyət istiqamətləri müzakirə olunub, kitabxananların onlayn xidmət növləri araşdırılıb, bir sıra maraqlı layihələr irəli sürülüb

 

Oxunub: 658

Əlavə olunub: 21.05.2020 07:36

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz