Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

UNESCO təsis edilib

1945-ci ilin 16 noyabr tarixində BMT-nin ixtisaslaşmış qurumu olan Elm, Təhsil və Mədəniyyət Təşkilatı – UNESCO təsis edilib.

Hazırda öz ətrafında 195 ölkəni və 10 assosiativ üzvü birləşdirən UNESCO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatı ilə fəal əməkdaşlıq edir.

Azərbaycan Respublikası bu təşkilata 1992-ci il iyunun 3-də üzv olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir.

Ölkəmizin tarixi-mədəni irsinin bir sıra nümunələri UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına, Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına və Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Oxunub: 613

Əlavə olunub: 16.11.2020 05:23

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz