Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Ümid Yeri” Uşaq Sığınacağında Yeni il şənliyi

Xüsusi qayğıya ehtiyacı olan körpələrin bütöv şəxsiyyət kimi formalaşdırılması, sağlam mənəvi və sosial müdafiə mühiti ilə əhatə olunması, keyfiyyətli təhsil və yaşam standartı ilə təmin olunması, eləcə də yüksək mədəniyyətə malik layiqli vətəndaş kimi yetişdirilməsi dövlət siyasətinin əsasını təşkil edir.
28 dekabr 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Ümid Yeri” Uşaq Sığınacağında Yeni il şənliyi keçirilmişdir. Uşaqların milli dəyərlərimiz, irsimiz və müasir mədəniyyət nümunələrimizlə daha yaxından tanış edilməsi məqsədilə təşkil edilən tədbiri giriş sözü ilə açan Müəssisənin rəhbəri Nigar Mənsimova təşəbbüs üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Aktrisa İlahə İmanova tərəfindən hazırlanan “Qoğalın nağılı” və “Tıq-tıq xanım” nağıl-tamaşası uşaqların böyük marağına səbəb olmuşdur. AMK tərkibində Respublika İncəsənət Gimnaziyasının tələbələri Yusif Sadıqov, Zəhra Sadıqova və Səma Soltanova, AMK nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri Mehdi Sadıqzadə və Fərid Qədirov, eləcə də Şuşa Musiqi Kollecinin tələbəsi İsi İsmayılov tərəfindən musiqili kompozisiya təqdim edilmişdir. Eyni zamanda, uşaqların ifasında “Xudayar təsnifi - Vətən yaxşıdır səsləndirilmişdir.
Ebruçu-rəssam Sevinc Əliyeva tərəfindən keçirilən ustad dərsində ebru sənətinin tarixi və növləri haqqında geniş məlumat verilmiş, uşaqlar tərəfindən su üzərində rəsm nümunələri hazırlanmışdır. Şənliyin sonunda sığınacağın balaca sakinlərinə Şaxta Baba tərəfindən mütaliə mədəniyyətinin təbliği məqsədilə kitab və müxtəlif bayram hədiyyələri təqdim olunmuşdur.

Oxunub: 360

Əlavə olunub: 28.12.2022 19:12

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz