Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Tur Heyerdalın doğum günüdür (1914-2002)

6 oktyabr 1914-cü il tarixində tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdalın doğum günüdür (1914-2002).

Məşhur səyyahın həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır. 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlmişdi. Dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son "Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırıb: “Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir”.

Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləyib, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görmüşdür.

Oxunub: 463

Əlavə olunub: 06.10.2020 06:35

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz