Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Tovuz istiqamətində döyüşlər başladı

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub: çavuş - Sadıqov Vüqar Lətif oğlu; baş əsgər- Məmmədov Elşad Dönməz oğlu; əsgər- Daşdəmirov Xəyyam Məhəmməd oğlu. 5 nəfər isə yaralanıb.
Mərkəzin kollektivi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!

Oxunub: 507

Əlavə olunub: 12.07.2020 06:18

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz