Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Tofiq Quliyevin (1917-2000) xatirə günüdür

2000-ci ilin oktyabrın 4-də Böyük Azərbaycan bəstəkarı, pianoçu, dirijor, Azərbaycanın Xalq Artisti Tofiq Quliyevin (1917-2000) xatirə günüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “T.Ə.Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Bəstəkarın yaşadığı binaya memorial lövhə vurulub. Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə Tofiq Quliyevin həyatı haqqında kitab nəşr olunub. Bakıdakı küçələrdən birinə və 12 nömrəli Musiqi Məktəbinə bəstəkarın adı verilib. 

Tofiq Quliyevin həyat yolu çoxşaxəli olub. Bəstəkar Azərbaycanın bölgələrini qarış-qarış gəzərək, “Azərbaycan xalq rəqsləri” (1951) , “Azərbaycanın 15 xalq rəqsi” (1956-1958) toplularını, “Azərbaycan mahnıları” (1956-1958) ikicildliyini hazırlayıb. Bu nəşrlər məşhur müğənni Bülbülün redaktəsi ilə işıq üzü görüb. 1941-ci ildə T.Quliyev tərəfindən yaradılan və dərhal dinləyicilərin böyük rəğbətini qazanan estrada orkestri Qızıl Ordu Ansamblı adlandırılaraq müharibənin ilk ilindən 402-ci atıcı diviziyanın tərkibinə daxil olub və ön cəbhədəki qoşun hissələrinə xidmət edib. Tofiq Quliyev bu orkestr üçün vətənpərvərlik ruhunda bir sıra mahnılar yazıb. 1940-cı illərdə bəstəkar kinoda çalışmağa başlayıb və uzun illər bu fəaliyyətini davam etdirib.

T.Quliyevin mahnılarının ən yaxşı ifaçılarından biri, məşhur müğənni Rəşid Behbudov ilə onun yaradıcılıq birliyi bəstəkarın musiqisinin təbliğində və populyarlaşmasında böyük rol oynayıb. T.Quliyev və R.Behbudov 1940-cı illərin ikinci yarısında Sovet İttifaqının şəhərlərinə qastrol səfərinə çıxıblar. Onların verdiyi konsertlər daim böyük müvəffəqiyyətlə müşayiət olunub.

Oxunub: 590

Əlavə olunub: 04.10.2020 11:39

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz