Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Tofiq Quliyev anadan olub (1917-2004)

1917-ci ilin 7 noyabr tarixində görkəmli bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin müəllifi, SSR Xalq Artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyev anadan olub (1917-2004).

Onun mahnı sahəsindəki yaradıcılıq nailiyyətləri sonrakı nəsil bəstəkarların yaradıcılığında bir ənənə şəklində davam və inkişaf edib. İki yüzdən çox mahnı yazan T.Quliyev 1951-ci ildə “Azərbaycan xalq rəqsləri” toplusunun hazırlanmasında iştirak edib.

Tofiq Quliyevin mahnılarını Rəşid Behbudov, Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət Ələkbərova, “Qaya” vokal instrumental ansamblı ifa edib.

Oxunub: 1124

Əlavə olunub: 07.11.2020 07:30

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası