Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Tarixi yazmış bir tale” respublika müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi və geniş təbliğ olunması məqsədilə Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

Cari ilin 6 may tarixində Bakı şəhəri Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbir ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş videoçarxın təqdimatı ilə başlamışdır. Daha sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlətçiliyinin möhkəmlənməsi və Azərbaycançılıq ideologiyasının gələcək nəsillərə ötürülməsi yönündəki səyləri və əməyi ətrafında fikir mübadiləsi aparılmışdır. Məruzəçilər Heydər Əliyev Mərkəzlərində azərbaycançılıq məfkurəsinin gənclərə aşılanması istiqamətində aparılan işlər haqqında geniş məlumat vermişdirlər.

Eyni zamanda, tədbir çəçivəsində “Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət onlayn respublika müsabiqəsinə yekun vurulmuşdur və qaliblər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mükafatlandırılmışdır.

Müsabiqənin yekunlarına əsasən qaliblərin üçü münsiflər heyətinin rəyi əsasında, digər üç qalib isə videoçarxın “Facebook” sosial şəbəkəsində bəyənmə və paylaşma sayına görə müəyyənləşdirilmişdir. Qaliblər – Mürsəliyeva Bahar Hüseynağa qızı (Lerik rayon Heydər Əliyev Mərkəzi), Abdulhüseynova Gülay Mübariz qızı (Neftçala rayon Heydər Əliyev Mərkəzi), Ramazanova Nuranə Elman qızı (Zaqatala rayon Heydər Əliyev Mərkəzi), Mehdiyeva Leyla Rəcəb qızı (Sabirabad rayon Heydər Əliyev Mərkəzi), Cəfərova Zeynəb Vidadi qızı (Şəki şəhər Heydər Əliyev Mərkəzi), Bağırlı Aysel Mehdi qızı (Xızı rayon Heydər Əliyev Mərkəzi) diplomlarla, digər iştirakçılar isə həvəsləndirici sertifikatlarla təltif olunmuşlar.

Eyni zamanda tədbir çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoruna təşəkkürnamə və hədiyyələr təqdim olunmuş, sonda qalib gələn iştirakçıların videoçarxlarının təqdimatı keçirilmişdir.

Qeyd edək ki, tədbir xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunmaqla təşkil edilmişdir.

Oxunub: 402

Əlavə olunub: 08.05.2021 18:36

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz