Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Tarixi yazmış bir tale”

Mədəniyyət üzrə  Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini özündə təcəssüm etdirən “Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət  respublika müsabiqəsinə start verir.

Müsabiqədə Şəhər (rayon) Heydər Əliyev mərkəzlərində çalışan elmi işçilər iştirak edirlər.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, Heydər Əliyev mərkəzlərinin funksionallığının siyasi və sosial aktuallığının qorunması, mərkəzlərdə çalışan elmi işçilərin peşə səriştələrinin üzə çıxarılması, dəstəklənməsi, respublikada pandemiya dövründə Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin stimullaşdırılmasıdır.

Müsabiqə cari ilin avqust ayında rəqəmsal formatda təşkil ediləcəkdir.

Oxunub: 460

Əlavə olunub: 27.07.2020 07:06

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz