Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Tarixi abidələr bu gün və sabah

Şəkidə “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri" adlı təlim keçirilib.
Mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsi ölkəmizdə reallaşdırılan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdəndir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət işçilərində müasir peşə təfəkkürünün və kreativ səriştələrin formalaşmasına xidmət edən yeni tədris modulları əsasında səyyar təlim kurslarının keçirilməsi davam edir.
Belə ki, cari ilin 2-4 noyabr tarixlərində Şəki şəhər Heydər Əliyev Mərkəzində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri" mövzusunda təlim kursu təşkil olunur. Təlimin təşkilində əsas məqsəd Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinə tabe olan abidə mühafizəçilərinin sahə üzrə peşəkarlığının artırılmasından ibarətdir.
Təlimdə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi və regionda fəaliyyət göstərən qoruqların 21 nəfər abidə mühafizəçiləri iştirak edib. Tədbirin ilk günündə tarix və mədəniyyət abidələrinin anlayışı, təsnifatı, abidələrin dövlət qeydiyyatına alınamsı, pasportlaşdırılması mövzuları əhatə edilib.
Digər günlər isə təlimlər işğal olunmuş ərazilərdə abidələrin bərpası və rekonstruksiyasına, “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi” konvensiyası və digər mövzulara həsr olunmuşdur.
Mərkəzin əməkdaşlarıyla yanaşı, təlim kursunu AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Memarlıq Abidələrinin Qorunması və Bərpası problemləri şöbəsinin elmi işçisi, BDU-nin müəllimi, Azərbərpa ekspert şurasının üzvü, DİM-də imtahan rəhbəri Elçin Əliyev, Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun aparıcı elmi işçisi, “Yol” jurnalında elmi məsləhətçisi İdris Əliyev, Tarix üzrə fəlsəfə doktoru, dosent AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Xəqani Alməmmədov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, Mədəni irsin qorunması şöbəsinin Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov aparmışlar.
Təlimin sonunda iştirakçılara iştirakçı sertifikatları təqdim edilmişdir.

Oxunub: 299

Əlavə olunub: 04.11.2022 11:01

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz