Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Fevralın 11-də Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası günün ikinci yarısında panel sessiyaları ilə işini davam etdirib.
Muzey və sərgi müəssisələrinin 2025-ci ilə dair hesabat sessiyası nazirliyin aparıcı məsləhətçisi Mirkamran Mahmudovun moderatorluğu ilə gerçəkləşib.
Sessiyada Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu və Azərbaycan Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə bağlı hesabat məruzələri təqdim olunub.
***
İclasda xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzlərinin ötən ildəki fəaliyyəti təhlil edilib. Nazirliyin sektor müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə təşkil olunan sessiyada Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Türkiyə, İtaliya, Avstriya və Almaniyada fəaliyyət göstərən mərkəzlərin tədbir və layihələri haqqında məlumat verilib.
***
Kollegiya iclasında teatrların fəaliyyətinə nəzər salınıb. Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyovun moderator olduğu sessiyada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyəti ilə bağlı hesabat məruzələri təqdim edilib.
***
Nazirliyin aparıcı məsləhətçisi Lalə Məmmədovanın moderatorluğu ilə kitabxanaların 2025-ci ildəki fəaliyyəti təhlil edilib.
Hesabat sessiyasında Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası, Respublika Uşaq Kitabxanası və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin son bir ildəki fəaliyyətini əks etdirən hesabat məruzələri təqdim olunub.
***
Mədəniyyət Nazirliyinin genişləndirilmiş kollegiya iclasının son hesabat sessiyası aparıcı konsert müəssisələrinin fəaliyyətinə həsr olunub.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşən sessiyada Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Uşaq Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Mahnı Teatrı, Gəncə Dövlət Filarmoniyası və Bakı Dövlət Sirkinin hesabat ili ərzindəki fəaliyyətinə ilə bağlı məruzə-təqdimatlar dinlənilib.
Kollegiya iclasında təqdim olunan məruzələrdə reallaşdırılan tədbirlərlə yanaşı, nəzərdə tutulan layihələr haqqında da məlumat verilib.
Oxunub: 261
Əlavə olunub: 12.02.2026 15:30