Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşadakı Yuxarı Gövhər ağa məscidi

Ermənilər təmir-bərpa işləri adı altında Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidinin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışırlar.

Bunu Day.Az-a Mədəniyyət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, məscidin internet resurslarında yayılmış şəkilləri də bunu təsdiqləyir.

Ermənistan tərəfindən işğal olunan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilmişdir. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilibmiş. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi.

Daha sonra həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış "Yuхarı Gövhər ağa" məscidi kimi tanınan həmin bina inşa edilmişdir.

Oxunub: 629

Əlavə olunub: 29.09.2020 17:08

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz