Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa ziyalıları: Əbülfət Əliyev

Muğamları, xalq mahnılarını şirin səslə ifa edən Əbülfət Əliyev 1926-cı ilin dekabrında Şuşada anadan olmuşdur. Onun Bakıda radioda ilk oxuduğu mahnı “Şuşanın dağları” olub.
Son dərəcə melodik, qəlbə yatımlı səsə malik olan sənətkarın repertuarında "Dinə bilmədim", "Bu qala, daşlı qala", "Ay Pəri", "Endim bulaq başına", "Bülbüllər gəzər bağı", "Tel nazik", "Saçları burma", "Gəl-gəl", "Xal yanağında", "Qara gözlüm" kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb.
Xalq artisti Əbülfət Əliyev Azərbaycan xalq mahnı və təsniflərinin mahir ifaçısı olmaqla bərabər, həm də onların inkişafında, tanıdılmasında xüsusi rol oynamışdır. Opera səhnəsinin unudulmayan, sevilən Məcnunlarından biri xalq artisti Əbülfət Əliyev olub.
Hər bir ifaçının musiqidə vizit kartı olduğu kimi, Əbülfət Əliyevin də vizit kartı "Ögey ana" filmində ifa etdiyi "Eşqimin növrağı" ("O körpəmin anasıdır") mahnısı olur. 1971-ci ildə Moskvada 150-dən artıq ölkədən gələn sənətkarın iştirak etdiyi Ümumdünya Musiqi Konqresində Əbülfət Əliyev Azərbaycan musiqisini yüksək ifaçılıq və bacarığına görə UNESKO-nun döş nişanına və diplomuna layiq görülmüşdür. O zaman azərbaycanlı xanəndənin məlahətli səsi Ümumittifaq radiosu ilə bütün dünyaya yayılmışdı.

Oxunub: 438

Əlavə olunub: 25.07.2022 10:41

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz