Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa gəhrəmanları: Ramiz Qəmbərov

1962-ci ildə Şuşada anadan olan Ramiz Qəmbərov yaşadığı 30 illik ömründə qəhrəmanlığı, hünəri ilə ölümsüzlük qazandı.
O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirdikdən sonra çox sevdiyi doğma Şuşa şəhərinə qayıtmışdı. Bu sevimli şəhərin başını qara dumanlar bürüyəndən könüllülərdən ibarət özünümüdafiə batalyonu yaratmış və ona komandirlik etmişdi.
Malıbəyli, Quşçular, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Göytala kəndlərinin müdafiəsində fəal iştirak etmiş, erməni-quldur dəstələrinin məhvində igidlik göstərmişdi. Ramiz Qəmbərov Kərkicahan kəndi yaxınlığında gedən döyüşlərdən birində ağır yaralanmış, lakin onun həyatını xilas etmək mümkün olmamışdı.
Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, onun şücaəti, igidliyi haqqında “Şuşalı şəhid” adlı film çəkilmişdir.

Oxunub: 62

Əlavə olunub: 06.08.2022 11:13

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz