Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Xurşidbanu Natəvan

Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
misralarının müəllifi, XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvan parlaq istedada malik şəxsiyyət olmuşdur.
 
O, Azərbaycan mədəniyyəti ilə yanaşı, ictimai həyatda da fərqlənmiş, kasıblara, kimsəsizlərə əl tutmuş, Şuşaya su çəkdirmişdi.
Natəvan, istedadlı şair olduğu qədər, ustad bir nəqqaş idi. O, öz albomunda çəkdiyi şəkillərin məzmununa uyğun şeirlər yazmaqla təsviri sənətlə poeziya arasında qarşılıqlı əlaqə və vəhdət yaratmışdır.
 
Onun “Bənövşə”, “Qərənfil”, “Gül və Süsən”, “Pərvanə”, “Bülbül” tabloları altında yazmış olduğu şeirləri bunun bariz nümunəsidir.

Oxunub: 463

Əlavə olunub: 05.05.2022 20:17

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz