Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Xan qızının bağı

Xurşidbanu Natəvan öz xeyriyyəçiliyi və xeyirxahlığı ilə seçilən bir xanım olmuşdur. O, şəhər əhalisinin istirahəti və gəzintisi üçün evinin yaxınlığında ən səfalı yerdə bağ saldırmışdı.
Bağda küknar, qovaq, çinar və müxtəlif meyvə ağacları əkdirmiş və tezliklə bağ öz yaşıllığı ilə şəhərə xüsusi gözəllik gətirmişdi. Hətta bağın bir istirahət guşəsi kimi açılış mövsümündə Natəvan xanım bağa gəzməyə gələndə şəhər camaatına qonaqlıq vermişdi.
Payız fəslində qızılı boyalarla işlənən tablonu xatırladan Xan qızının bağı şuşalıların və qonaqların ən sevimli istirahət yeri kimi məşhur idi.

Oxunub: 358

Əlavə olunub: 29.09.2022 10:07

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz