Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Xan qızı Natəvanın evi

Xan qızı Natəvanın evi vaxtilə Şuşa şəhərinin ən gözəl abidələrindən biri idi. 1930-cu illərin əvvəllərində Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi, 1987-ci ildə isə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı məhz burada fəaliyyət göstərib.
 
Təəssüf ki, 1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə eksponat – rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları ermənilər tərəfindən qəsb edilmişdi.
 
Vətən müharibəsindən sonra Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işləri zamanı Xan qızı Natəvanın evinin köhnə üslubunun saxlanılması şərtilə bərpa edilməsi nəzərdə tutulmuşdur.

Oxunub: 393

Əlavə olunub: 20.05.2022 14:16

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz