Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Üzeyir Hacıbəylinin ev muzeyi

Dahi bəstəkar Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyi 1959-cu ildə fəaliyyətə başlamışdır.
Üzeyir bəyin şəxsi əşyaları, Qori Seminariyasında ifa etdiyi skripka, yazı ləvazimatı, mürəkkəbqabı, qələmdan, şəxsi albomu, şəkilləri, bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş və muzeyə yadigar verilmiş kitablar və digər əşyalar dörd otaqdan ibarət olan muzeyin eksponatları arasında idi.
 
Şuşa şəhəri işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, 1700 eksponatdan yalnız 136-nı qorumaq mümkün olmuş və Bakıdakı ev-muzeyinə gətirilmişdir.
 
Vətən müharibəsindən sonra Şuşada aparılan bərpa işləri çərçivəsində muzeyin təmir edilməsi nəzərdə tutulmuşdur.

Oxunub: 330

Əlavə olunub: 16.05.2022 14:07

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz