Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Şuşa Xalça muzeyi

1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsrə aid olan malikanədə fəaliyyətə başlamış Şuşa Xalça muzeyinin ekspozisiyasında xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu.
 
Şuşa şəhərinin işğalı dövründə muzey əşyalarının yarıdan çoxunu xilas edə bilmişdir. Xilas edilmiş eksponatlar arasında XIX–XX əsrləri əhatə edən Qarabağın ənənəvi "Şabalıd-buta", "Malıbəyli", "Qoca", "Bəhmənli", "Atlı-itli", "Xanlıq", "Çələbi", "Açma-yumma" çeşniləri əsasında toxunmuş xovlu xalçaları da var idi.
 
Hazırda Şuşa şəhərində bərpa-quruculuq işləri davam etdirilir. Yaxın zamanlarda muzeyin öz fəaliyyətini yenidən bərpa edəcəyi gözlənilir.

Oxunub: 405

Əlavə olunub: 23.05.2022 20:24

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz