Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Molla Pənah Vaqifin türbəsi

Görkəmli şair, siyasi xadim Molla Pənah Vaqifin türbəsi Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşada, məşhur Cıdır düzündə ucaldılıb.
 
Vaxtilə şairin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat burada nümayiş etdirilirdi.
1992-ci ildə Şuşa şəhərinin işğalı nəticəsində kompleksin binası və burada sərgilənən eksponatlar məhv edilmiş, daşınması mümkün olan eksponatlar isə oğurlanmışdır.
 
Vətən müharibəsindən sonra Şuşa şəhərində aparılan quruculuq işləri zamanı Vaqif məqbərəsi bərpa edilmiş və 2021-ci il avqustun 30-da açılışı olmuşdur.

Oxunub: 345

Əlavə olunub: 21.05.2022 16:54

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz