Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Əzizə Məmmədova

Səhnəmizin ilk peşəkar aktrisası Əzizə Əbdülbağı qızı Məmmədova məşhur xanəndə Bülbülcanın qızı idi. Əzizə xanım uşaqlıqdan musiqiyə, sənətə bağlı olub. İlk təhsilini atasından almış, hətta qarmon çalmağı öyrənmişdi.
İncəsənətə olan böyük marağı onu Əbilov, sonra da Əli Bayramov adına qadın klublarına gətirmişdi. O, səhnə fəaliyyətinə də elə bu klubun dram kollektivlərində başlamışdı. Qızı Sona ilə birlikdə səhnəyə çıxaraq “Axşam səbri xeyir olar” tamaşasında Gülcamal və Çimnaz rolunda çıxış etmişdilər.
Cəmi bir ildən sonra Əzizə xanımın sorağı Tənqid Təbliğ Teatrından gəldi. O, müxtəlif səciyyəli, xarakterli səhnə obrazları yaratmışdı. Mütəxəssislərin fikrincə, Əzizə Məmmədova milli koloritli Azərbaycan qadın rollarının ən yaxşı ifaçısı sayılırdı. O, “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq işlərində yaxından iştirak edərdi.
“Hacı Qara”, “İsmət”, “Almaz”, “Yeni horizont”, “Görüş”, “Səhər” və s. filmlərə çəkilmişdi. Beləliklə, həyatını teatr və kino sənətinə bağlayan Əzizə xanım bir-birindən maraqlı, yaddaqalan obrazlar qalereyası yaratmışdı. O, 1938-ci ildə əməkdar artist fəxri adına layiq görülmüşdü.

Oxunub: 353

Əlavə olunub: 01.10.2022 21:58

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz