Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Əsəd bəyin evi

Şuşa əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində tikilmişdir.
 
Çoxotaqlı olması ilə digər evlərdən fərqlənən Əsəd bəyin evinin birinci mərtəbəsinin inşasında yerli ağ qaya daşlarından, ikinci mərtəbəsinin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunmuşdur.
Əsəd bəyin evi də digər abidələr kimi erməni vandalizminin qurbanına çevrilmiş, abidə yararsız vəziyyətə düşmüşdür.
 
Yaxın vaxtlarda Şuşada bərpa olunan abidələrlə yanaşı Əsəd bəyin evinin də bərpa edilməsi planlaşdırılır.

Oxunub: 416

Əlavə olunub: 22.06.2022 18:17

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz