Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Əli Yusifzadə

Əli Yusifzadə Cəlal oğlu Cümhuriyyət hökumətinin xaricə göndərdiyi tələbələrdən biri olmuşdur.
Şair olan Əli 8 dildə danışmağı və yazmağı bacarmış, Parisdəki Ali Siyasi Elmlər Akademiyasının Diplomatiya fakültəsinə daxil olmuşdur.
 
1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Ümumittifaq Birinci Türkoloji Qurultayda Əli Yusifzadə katib, atası Mirzə Cəlal tərcüməçi kimi iştirak etmişdir.
Qurultay başa çatandan üç gün sonra, yəni martın 8-də Azərbaycan Fovqəladə Komissiyasının (KQB) əməkdaşının əmri ilə Əhməd Hacınski, Dadaş Həsənov və Əli Yusifzadə evlərində axtarış aparılmaqla həbs ediliblər.
 
Əli Yusifzadənin istintaqı 1927-ci il fevralın 28-də başa çatdırılıb. Azərbaycan Dövlət Siyası İdarəsinin istintaqına görə Əli Yusifzadə, ümumiyyətlə 14 nəfər güllələnməli olub.
 
Onlara güllələnmə hökmü oxunur da. Lakin sonradan Əli Yusifzadənin və bəzi məhbusların güllələmə hökmü 10 il həbs cəzası ilə əvəzlənib. 1935-ci ilin yanvarında Əli Yusifzadə həbsdən azad edilib.
Lakin onun Azərbaycana dönməsinə icazə verilməyib. O, Özbəkistana sürgün edilib. 1937-ci ildə Əli Yusifzadə Daşkənddə yenidən həbs edilib. Uzun və işgəncəli istintaqdan sonra, yəni 1937-ci ilin avqustun 18-də həbsxanada güllələnib və cəsədi də gizlədilib.
Əli Yusifə bəraət ölümündən 54 il sonra –1992-ci ilin mayında verilir.

Oxunub: 340

Əlavə olunub: 14.07.2022 21:17

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz