Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Sumqayıtda məlumatlandırıcı görüş keçirilib

Yanvarın 28-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Sumqayıt şəhərində Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin iştirakı ilə məlumatlandırıcı görüş təşkil olunub.
Tədbirdə bildirilib ki, bu qəbildən görüşlərin əsas məqsədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət məktəblərində çalışan müəllimlərə attestasiyanın keçirilmə qaydalarının izah olunması, proqram mövzularının sistemli şəkildə təqdim edilməsi və attestasiyaya hazırlıq prosesinə real dəstək göstərməkdən ibarətdir. 
Görüşdə müəllimlərin attestasiyasının mahiyyəti, hüquqi əsasları, attestasiya proqramının məzmunu, müvafiq ixtisaslar üzrə nəzəri və praktiki mövzular barədə söhbət açılıb, tövsiyələr diqqətə çatdırılıb.
Qeyd edək ki, digər regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimləri ilə də oxşar məlumatlandırıcı görüşlərin keçirilməsi nəzərdə tutulur.

Oxunub: 158

Əlavə olunub: 29.01.2026 05:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz