Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Sumqayıt Uşaq İncəsənət Məktəbində ustad dərs

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin 23 noyabr 2021-ci il tarixində təşkil edilən Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin fortepiano ixtisası üzrə müəllimlərin bilik, bacarıq və peşə səriştələrinin artırılması üzrə Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində ustad dərs həyata keçirilmişdir.
 
Məlum olduğu kimi, ustad dərslər uşaq, yeniyetmə və gənclərin ifaçılıq qabiliyyətinin inkişaf etdirilməsi, yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsi, həmçinin böyüməkdə olan gənc nəslin bədii-estetik zövqünün formalaşmasında müsbət rol oynayır. Ustad dərs fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva tərəfindən reallaşdırılmışdır.
 
Təşkil edilən ustad dərsdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən S.Rüstəmov adına 3 nömrəli UİM, Ə.Bakıxanov adına 1 nömrəli UİM, Q.Qarayev adına 1 nömrəli UMM, F.Əmirov adına 5 nömrəli UMM, M.Bülbül adına 2 nömrəli UİM, Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyəti iştirak etmişlər.
 
Dərs zamanı adları qeyd edilən məktəb şagirdlərinin dərs proqramları üzərində praktiki göstərişlər edilərək, müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır. Ustad dərsin sonunda isə fortepiano ixtisas müəllimləri tərəfindən verilən müəyyən suallara aydınlıq gətirilmiş, eyni zamanda ustad dərsdə iştirak edən müəllimlər dərsin keçirilməsinə görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildirmişlər.

Oxunub: 634

Əlavə olunub: 29.11.2021 12:45

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz