Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Sülh naminə tərəfdaşlıq”

4 may 1994-cü il tarixində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub.

Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədini imzalaması ilə qoyulub. Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avroatlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Bu tərəfdaşlıqda əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, yarana bilən təhlükəsizlik təhdidləri və əsasən müdafiə sahəsinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarına qoşulan Azərbaycan 1999-2008-ci illərdə Alyansın Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak edib. Ölkəmiz, həmçinin 2003-cü ildən NATO-nun Əfqanıstandakı əməliyyatlarında (ISAF) iştirak edir.

Oxunub: 791

Əlavə olunub: 04.05.2020 05:43

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz