Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

SSRİ Xalq Artisti Bülbül anadan olub (1897-1961)

22 iyun 1897-ci il tarixində Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, Azərbaycan və SSRİ Xalq Artisti, Stalin mükafatı laureatı Bülbül anadan olub (1897-1961).

Əsl adı Murtuza Məmmədov olan görkəmli sənətkar səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o dövrdə Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” (Qərib) operasında oynayıb.

1927-ci ildə Bakı Konservatoriyasını bitirən Bülbül təhsilini davam etdirmək üçün dövlət xətti ilə Milan Konservatoriyasında dərs deməyə başlayıb. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1938-ci ildə SSRİ Xalq Artisti adına layiq görülüb, 1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub.

Oxunub: 644

Əlavə olunub: 22.06.2020 02:51

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz