Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

«Söyüdlü arx” əsəri yeni baxımında

Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yenilikçi layihələrindən biri olan Birgə mütaliəsini davam etdirir. Bu dəfə milli ədəbiyyatımıza müraciət edərək layihə çərçivəsində müzakirə edilən hər əsərin insanların zehnində iz salması əsas hədəflərdən olmaqla Mərkəzimizin iki fərqli layihəsi qarşılaşdırılaraq bir vəhdətdə təqdim edilib.

Belə ki, cari ilin 24 iyul tarixində  XX əsrin qüdrətli qələm sahiblərindən olan İlyas Əfəndiyev yaradıcılığında özünəməxsus yerə sahib olan “Söyüdlü arx” əsəri ssenariləşdirilərək Mərkəz tərəfindən yaradılan “Bölgə” ekspermental teatr truppasının həvəskar heyətinin ifasına təqdim edilib.  Birgə mütaliə layihəsi məhz bu əsərin həm ədəbi, həm də ssenari formasının dinləyicilərlə görüşdürməyə xidmət edib.

“Söyüdlü arx” əsərini təqdim etmək üçün spikeri Mərkəzinin əməkdaşı Rəfiqə Nəsirova təyin edilib. Əsər haqqında əsasən bədii təsvirlərin çatdırılmasına, o dövrün şəraitin tələblərinə uyğun olaraq mövcud olan yaşayışın təsvirinə, dövrlər arasında müqaisələrin aparılmasına xüsusi diqqət edən spiker iştirakçılarda əsərə və onun yeni yozumunu əks etdirən ssenariyə böyük maraq oyadıb. Sosial təcrid şəraitində rəqəmsal müstəvidə təşkil edilən videokonfrans yalnız mədəniyyət işçilərinin deyil, həmçinin başqa peşə sahiblərinində rəğbətini qazanıb.

Mövzu ətrafında Mərkəzin əməkdaşları Nurəddin Babazadə, Fəridə Kərimova, Validə Hacıyeva, Nadir Məmmədov və digərləri çıxış ediblər.

Qarşılıqlı diskusiya ilə keçirilən vebinar hər kəsin marağına səbəb oldu. Sonda Mərkəzin direktoru Asif Usubəliyev layihə cəmiyyətdə mütaliə ənənələrinin inkişafı siyasətinə dəstək xarakterli olduğunu, eyni zamanda müasir dövrü xarakterizə edən sosial, mədəni problemlərin açıq müzakirəsinə və bu kimi obyektiv tendensiyalarla mübarizədə ziyalıların rolunun artırılmasına xidmət ediyini vurğuladı.

Mütəmadi şəkildə təşkil olunacaq “Birgə mütaliə” layihəsi çərçivəsində istənilən vətəndaş müzakirələrdə fəal iştirak edə bilər.

 

 

Oxunub: 1012

Əlavə olunub: 24.07.2020 09:59

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz