Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Soltan Hacıbəyovun doğum günü

8 may 1919-cu il tarixində bəstəkar, pedaqoq Soltan Hacıbəyovun doğum günüdür. O, Üzeyir Hacıbəylinin qardaşı oğludur. Azərbaycan Dövlət Konservatoriyasında müəllim, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. 1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova "Kəminə və Qazı" operasını yazmağı sifariş edir. Həmin əsərin simfonik parçası olan "Karvan" "Şur" muğamı üzərində bəstələnib. 1950–ci illərin ən məşhur əsərlərindən biri də onun simfonik orkestr üçün yazılmış “Uvertüra”sıdır.

Oxunub: 754

Əlavə olunub: 08.05.2020 06:48

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz