Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şimali Azərbaycan torpağında erməni dövlət

29 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Antanta dövlətlərinin təzyiqi ilə qədim Azərbaycan şəhəri olan İrəvanı ətrafındakı təqribən 9,5 min kvadratkilometr torpaqla birlikdə ermənilərə güzəştə gedib. Bununla da Şimali Azərbaycan torpağında - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb.

Xatırladaq ki, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, çar Rusiyası İran və Osmanlı imperiyası ərazisində yaşayan ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və indiki Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə köçürülməsinə başlayıb. 1828-ci il fevralın 26-dan iyunun 11-dək İrandan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi (40 min nəfər), bundan az sonra isə Osmanlı dövləti ərazisindən Şimali Azərbaycan torpaqlarına 90 min nəfərdən çox erməni köçürülüb.

Oxunub: 710

Əlavə olunub: 29.05.2020 10:14

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz