Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
9 aprel 1886-cı il tarixi Azərbaycanın və SSRİ-nin Xalq Artisti Sidqi Ruhullanın (Ruhulla Axundov) doğum günü (1886-1959). Sidqi təxəllüsünü "Vətən" dramında eyni adlı rolu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhəti ilə götürüb. 1906-cı ildə ilk dəfə Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxıb. O vaxt milli teatr səhnəsində qadın rollarını kişilər ifa edirdilər. 50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla 300-ə yaxın müxtəlif obrazlar silsiləsi yaradıb.
Oxunub: 677
Əlavə olunub: 09.04.2020 05:52