Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şeyx Babı türbəsinə ciddi ziyan dəyib

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yenidən törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində düşmənin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb.

Mədəniyyət Nazirliyindənbildirilib ki, qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib.

Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.

Oxunub: 465

Əlavə olunub: 30.09.2020 06:36

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz