Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Zabit Nəbizadə olacaq

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Zabit Nəbizadə ilə görüş keçiriləcək.

Qax rayonu Qaxingiloy kənd Mədəniyyət evində baş tutacaq görüşdə muğam sənətinin tədrisi, muğam ifaçılığı, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparılacaq. Müxtəlif muğam kompozisiyaları təqdim olunacaq.

Oxunub: 426

Əlavə olunub: 03.03.2025 06:53

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası