Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Sənətkarın dostu” layihəsinə start verilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsinə start verilir.
 
Layihə zəngin təcrübəyə malik mədəniyyət xadimləri ilə uşaq və gənclərin mübadiləsi məqsədilə həyata keçirilir.
Layihə çərçivəsində ilk görüş Azərbaycan Respublikasının Xalq artisti, professor, pianoçu Ülviyyə Hacıbəyova ilə 1 iyun tarixində Üzeyir Hacıbəylinin ev muzeyində baş tutacaq. Görüş 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunur.
 
 
 
 
 

Oxunub: 732

Əlavə olunub: 31.05.2024 10:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz