Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, Xalq artisti Şəfiqə Eyvazova və kamança ifaçısı Mehri Əsədullayeva ilə görüş keçiriləcək.
Görüşdə kamança aləti və onun ifaçılıq ənənələri, milli musiqi mədəniyyətinin inkişafında kamançanın rolu, insan təbiətinə təsiri və gənclərin musiqi zövqünün formalaşdırılması istiqamətində söhbət aparılacaq. Sənətkarların və istedadlı gənclərin ifasında müxtəlif musiqi əsərləri təqdim olunacaq.