Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Sənətkarın dostu” layihəsi Gəncədə reallaşacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi  və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə 9 aprel tarixində “Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Teyyub Aslanovun iştirakı ilə gerçəkləşəcək.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq görüş zamanı Teyyub Aslanov ifaçılıq sənətinin tarixi və inkişaf istiqamətlərindən, onun milli musiqi mədəniyyətinin əsas tərkib hissələrindən biri kimi əhəmiyyətindən, bu sənətin son illərdə xüsusilə gənclər arasında gördüyü rəğbətdən eləcə də ifaçılığının metodoloji əsaslı tədrisindən danışacaq.

İnteraktiv formatlı görüşdə xanəndəlik sənəti ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.

Oxunub: 373

Əlavə olunub: 07.04.2025 10:52

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz