Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Sənətkarın dostu” layihəsi davam edir

29 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, tarzən Elçin Həşimov ilə görüş keçiriləcək.

Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində baş tutacaq görüşdə tar aləti və onun ifaçılıq ənənələri, peşəkar musiqi mədəniyyətinin inkişafında tarın rolu, pedaqoji fəaliyyət, uşaq və gənclərin bədii zövqünün formalaşdırılması istiqamətində söhbət aparılacaq. Sənətkarın və istedadlı gənclərin ifasında müxtəlif musiqi əsərləri təqdim olunacaq.

Oxunub: 385

Əlavə olunub: 23.10.2024 13:40

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz