Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Sənəti və sənətkarlığı yaşadaq!

Cari ilin 17-21 oktyabr tarixlərində Şəki şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2022-ci ilin ikinci yarımili üçün İş Planının icrası məqsədilə “Sənəti və sənətkarlığı yaşadaq!” devizi altında sənətkarlıq emalatxanasında bir neçə sənətkarlıq nümunələrinin (şəbəkə, təkəlduz, keçəçilik, xovlu işləmə, ağac üzərində oyma - tar və kaman alətlərinin hazırlanması, Şəki halvasının hazırlanma qaydası) video-çəkilişi aparılmışdır.
Bundan əlavə, 18 oktyabr Müstəqilliyin bərpası günü münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin Xalq Çalğı Alətləri Orkestrinin ifasında “Kompozisiya” adlı konsert proqramı təşkil edilmişdir.
 

Oxunub: 338

Əlavə olunub: 23.10.2022 18:32

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz